AZ

İtaliyada sərxoş sürücülərə “spirt kilidi” tətbiq ediləcək

İtaliyada

İtaliya mətbuatının yaydığı xəbərə görə, Baş nazir müavini və Nəqliyyat–İnfrastruktur naziri Matteo Salvini daha əvvəl 0,8 promildən yuxarı spirtli vəziyyətdə avtomobil sürməkdə cəzalandırılan sürücülərə qarşı tədbirləri gücləndirən qərar imzalayıb.Qərara əsasən, həmin sürücülər yalnız “spirt kilidi” olan avtomobilləri idarə edə biləcək və ya şəxsi avtomobillərinə “spirt kilidi” quraşdırmalıdırlar.Bu sürücülər avtomobilin mühərriqini işə salmadan əvvəl cihaz vasitəsilə nəfəs testi verməli, əgər spirt testindən keçməsələr, avtomobilin mühərriki işə düşməyəcək.“Spirt kilidi” sistemi alkoqol səviyyəsi sıfır olduqda mühərrikin işləməsinə icazə verəcək.Qərarın məqsədinin spirtli vəziyyətdə avtomobil sürməyin qarşısını almaq və yol təhlükəsizliyini artırmaq olduğu bildirilib.Qeyd olunub ki, bu son tədbir 2024-cü ilin noyabrında qəbul edilən və həmin ilin dekabrında parlamentdə təsdiqlənən, yol hərəkəti cəzalarının artırılması ilə bağlı qanun dəyişikliyinin bir hissəsidir.Ulusum.az

Diqqət Çəkənlər

Xankəndidə Konqres Mərkəzi açılıb - FOTO

Qaraciyərin piylənməsi: İncə bədən, amma gizli təhlükə

Modanın imperatoru bu villada cəmi bir gecə qalmışdı – Malikanə milyonlara satıldı - FOTO

Seçilən
6
50
ulusum.az

10Mənbələr