AZ

Süni intellekt 18 il övlad sahibi ola bilməyən qadının hamilə qalmasına kömək etdi

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

ABŞ-da bir cütlük 18 il ərzində övlad sahibi olmağa cəhd edib və 15 dəfə ekstrakorporal mayalanma (EKM) proseduruna üz tutub. Nəhayət ki, süni intellektin köməyi ilə qadının hamiləliliyi baş tutub. 

Qaynarinfo xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Cütlüyün sonsuzluq səbəbi olaraq azoospermiya diaqnozu qoyulub. Bu, sperma mayesində spermatozoidlərin demək olar ki, olmaması ilə xarakterizə olunan patoloji vəziyyətdir. Statistikaya görə, aşkarlanmış sonsuzluq hallarının 10-15%-i bu diaqnozla bağlıdır və müalicəsi ən çətin formalar arasında sayılır.

Hamiləliyin baş tutmasına "STAR" adlı – "Sperm Track and Recovery" (Sperm İzləmə və Bərpa) layihəsi çərçivəsində hazırlanmış süni intellekt sistemi səbəb olub. Bu texnologiyanın hazırlanması 5 il davam edib. STAR süni intellekti və mikrofluid çipi birləşdirir: sistem cəmi bir saat ərzində 8 milyondan çox mikroskopik görüntü əldə edir və insan gözü ilə aşkar edilə bilməyən spermatozoidləri müəyyən edir.

Sistem spermatozoidi aşkar etdikdən sonra onu qida mühitindəki damlaya izolyasiya edir. Bu, embrioloqlara lazer və ya rəngləndiricilərdən istifadə etmədən hüceyrəni çıxarmağa imkan verir və spermatozoidin EKM üçün həyat qabiliyyətini qoruyur.

Məhz bu texnologiya vasitəsilə kişinin spermində kifayət qədər spermatozoid aşkar olunub və EKM proseduru həyata keçirilib. Bir neçə gün sonra hamiləlik testi müsbət nəticə verib. Hazırda qadın hamiləliyin dördüncü ayındadır, doğuşun isə 2025-ci ilin dekabrında baş tutacağı gözlənilir.

STAR texnologiyası hazırda yalnız Kolumbiya Universitetində istifadə olunur. Lakin layihə komandası yaxın zamanda elmi nəticələri nəşr etməyi və texnologiyanı geniş ictimaiyyət üçün əlçatan etməyi planlaşdırır. STAR ilə EKM prosedurunun təxmini qiyməti 3.000 ABŞ dolları təşkil edir.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
5
qaynarinfo.az

10Mənbələr