2025-26 sezonundan etibarən Misli Premyer Liqasında çıxış edəcək "İmişli"nin yay hazırlıq planı müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Xorxe Kaskilyanın baş məşqçilik etdiyi kollektiv iyulun 7-də məşqlərə start verəcək.

Təlim-məşq toplanışı Bakıda baş tutacaq və komanda avqustun 2-dək paytaxtda məskunlaşacaq. Bölgə təmsilçisi ümumilikdə 7 yoxlama oyunu keçirəcək. Onlardan “Karvan” (30 iyul), “Qəbələ” (3 avqust), “Şəfa” (6 avqust), “Şamaxı” (9 avqust) və “Sabah 2” (27 iyul) ilə qarşılaşmalar artıq dəqiqləşib.