AZ

Məleykə Abbaszadə: “Yüksəliş” doğma və uğurlu bir layihəyə çevrilib

BAKI, 4 iyul. TELEQRAF

"Yüksəliş" layihəsi çox doğma bir layihədir, 5 il ərzində layihənin uğurlu bir platformaya çevrilməsinin canlı şahidiyəm.

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, burada istifadə olunan suallar və qiymətləndirmə alətləri DİM-in ekspert və mütəxəssisləri tərəfindən hazırlanır.

Sədrin sözlərinə görə, istifadə olunan alətlər müasirləşir, iştirakçıların bilik və bacarıqlarının daha dəqiq qiymətləndirilməsiüçün yeni yanaşmalardan istifadə olunur:

"Bu il də belə oldu. İstifadə olunan alətlər çox keyfiyyətlidir. Qiymətləndirməçox dəqiq aparılır".

M. Abbaszadə əlavə edib ki, biliklərin qiymətləndirilməsi elmin bir hissəsidir və bu, olduqca mürəkkəb bir sahədir:

“Bu sahənin əsası vaxtilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yaradılan zaman qoyulmamışdı. TQDK korrupsiyaya ən çox məruz qalan təhsil sahəsini təmizləmək məqsədilə yaradıldı. 1992-ci ildə siyasi qərarla mərkəzləşdirilmiş, müasir test üsulunun tətbiqinə başlanıldı. Həmin il ilk mərkəzləşdirilmiş imtahanları Türkiyədən gələn mütəxəssislər keçirmişdi və nəticələr Azərbaycanda yarım ildən sonra elan olunmuşdu.

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bu sistemin saxlanılması və elmi əsaslarla inkişaf etdirilməsi prioritet kimi qarşıya qoyulub. Bu, olduqca çətin məsələ idi. Lakin biz yerli mütəxəssislərlə, psixoloqlar, proqramçılarla birlikdə çalışaraq sistemin məqsədini müəyyənləşdirməzdən əvvəl, ona daxil olacaq informasiyanın işlənməsi və elan olunması üçün alqoritmlərin yazılmasına başladıq. Bu, çətin və çoxşaxəli proses idi. İmtahanın məzmunu, təşkili və digər mərhələlər mürəkkəb mexanizmlərlə tənzimlənirdi. Əsas prinsiplərdən biri şəffaflıq olub. Məlumatlar kiminsə şəxsi fikrinə əsasən dəyişdirilə bilməz. Bütün dəyişikliklər yalnız əvvəlcədən hazırlanmış alqoritmlər əsasında həyata keçirilməlidir".

Seçilən
11
50
teleqraf.com

10Mənbələr