AZ

DİM sədri: Süni intellektlə suallar hazırlanmır, sadəcə yoxlanılır

BAKI, 4 iyul. TELEQRAF

"Sualların yoxlanılmasında süni intellektdən istifadə edə bilərik".

Teleqraf xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində deyib.

O bildirib ki, DİM-in bazasına daxil olan suallar heç vaxt süni intellektlə yazılmır.

Sədrin sözlərinə görə, süni intellekt müxtəlif sahələrdə istifadə edilir:

"Süni intellekt mənim hər bir işçimin köməkçisidir. Süni intellekti köməkçi kimi istifadə etmək lazımdır. Süni intellekt sizi istifadə etməli deyil. Süni intellektə düzgün sual vermək və cavab almaq bir bacarıqdır. Bir kitabı oxumadan süni intellektin onun haqqında verdiyi məlumatla özünüzü ağıllı hesab edə bilməzsiniz. Süni intellekt ağıllıları daha ağıllı edəcək, ağıllı olmayanlar isə ondan asılı olacaq.Artıq bu asılılıq görünür".

Seçilən
13
50
teleqraf.com

10Mənbələr