Şəmkir çayında 3 nəfər batıb.
Operativ Media xəbər verir ki, hadisə rayonun Qədim Qala kəndi ərazisində qeydə alınıb.
Belə ki, çayda 3 nəfər batıb.
Boğulanlar iki qardaş - Qədimqala kənd sakinləri 2016-cı il təvəllüdlü Nadirli Fərdi və 2018-ci il təvəllüdlü Nadirli Rəvan, 2021-ci il təvəllüdlü Nadirli İsmayıldır.
Hazırda əraziyə FHN əməkdaşları cəlb olunub.