AZ

DTX tərəfindən saxlanılan sabiq diplomat Ramiz Vəliyevin məhkəməsi başlayıb

Bakı. Trend:

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan sabiqdiplomat Ramiz Vəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıqiclası keçirilib.

Trend xəbərverir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanınsədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anketməlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Eynulla Vəliyevməhkəməyə cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlıvəsatət verib.

Vəkil deyib ki, bu cinayət işində qanun pozuntularına yolverilib: “Bu pozuntularla məhkəmə cinayət işini icraata götürəbilməz. Diplomatlar nadir hallarda həbs edilir. Diplomatın ölkədəhəbs edilməsi üçün bir neçə nüanslar var. Bununla bağlı Xariciİşlər Nazirliyi xüsusi qərar verməlidir”.

Vəkil, həmçinin müvəkkili barəsində seçilən həbs qətimkantədbirinin dəyişdirilməsi barədə vəsatət verib.

O, qeyd edib ki, ilk vəsatəti təmin edilmədiyi təqdirdə həbsqətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənsin.

Ramiz Vəliyev vəkillə razı olduğunu deyib.

Dövlət ittihamçısı bildirib ki, iş materiallarına vəkilin qeydetdiyi bütün zəruri sənədlər daxil edilib.

Dövlət ittihamçısı vəsatətlərin təmin olunmamasını və işinbaxışa verilməsini xahiş edib.

Məhkəmə vəkilin vəsatətlərinin təmin edilməməsi, cinayət işininməhkəmə baxışına verilməsi barədə qərar verib.

Məhkəmə baxışı iyulun 17-nə təyin olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Misir ƏrəbRespublikasındakı səfirliyində müşavir olmuş sabiq diplomat RamizVəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyattədbirləri nəticəsində 8 dekabr 2024-cü ildə saxlanılıb.

Ona AR Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindənsui-istifadə) maddəsi ilə ittiham irəli sürülüb.

R.Vəliyev xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və yaüçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə özqulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraqistifadə etməklə fiziki və ya hüquqi şəxslərin hüquqlarına vəqanuni mənafelərinə, o cümlədən dövlətin qanunla qorunanmənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqdaittiham olunur.

Seçilən
16
50
az.trend.az

10Mənbələr