AZ

Zelenski və Tramp arasında telefon danışığı baş tutub

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 4-də Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ Prezidenti Donald Tramp telefon danışığı aparıblar. Bu təşəbbüs ABŞ-ın Ukraynaya bəzi əsas hərbi yardım növlərinin tədarükündə yaranmış fasilə fonunda baş tutub.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.

“Çox vacib və məzmunlu bir söhbət olub. Bu barədə ətraflı məlumat tezliklə veriləcək”, – deyə Yermak qeyd edib.

“Axios” nəşrinin müxbiri Barak Ravid adı açıqlanmayan mənbəyə istinadən bildirib ki, Tramp və Zelenski arasında telefon danışığı təxminən 40 dəqiqə davam edib.

Jurnalistin həmsöhbəti qeyd edib ki, söhbət yaxşı keçib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Seçilən
1
50
azertag.az

10Mənbələr