Rusiya hava hücumundan müdafiə sistemləri üç saat ərzində Rusiya Federasiyasının iki regionu üzərində Ukraynaya məxsus 12 təyyarə tipli pilotsuz təyyarəni vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Moskva vaxtı ilə saat 13:00-dan 16:00-a qədər 7 PUA Bryansk vilayəti, 5-i isə Orlov vilayəti üzərində vurulub.
Bundan əvvəl, saat 11:00-dan 13:00-a qədər isə HHM sistemləri daha 14 PUA-nı zərərsizləşdirib – onların 13-ü Bryansk, 1-i isə Belqorod vilayəti üzərində qeydə alınıb.