AZ

Rusdilli məktəblərin bağlanması soydaşlarımızı işsiz qoyacaq — Xalq artisindən EİTRAZ

“Bu, siyasi məsələdir, çox diqqətlə yanaşmaq lazımdır. Hər ziyalı, aktyor, aktrisa buna fikir bildirə bilməz. Öz fikrini yanındakı insana bildirə bilərsən, amma mətbuata yox. Çünki orada nə qədər həmvətənimiz var, çörək qazanırlar. Orada 50 ildən çoxdur yaşayan dostlarım var. Ona görə bu məsələyə diqqətlə yanaşılmalıdır”.

Bunu Demokrat.az-a açıqlamasında Xalq artisti Afaq Bəşirqızı deyib. O bildirib ki, rusdilli məktəblərin bağlanması çıxış yolu deyil:

“Məgər rusdilli məktəblərin bağlanması rusdan intiqam almaqdır? 

İntiqam bu gün Xankəndidə keçirilən mötəbər tədbirdir. Rus məktəblərində oxuyanlar o demək deyil ki, vətənlərindən imtina ediblər. 

Bəs 9–10-cu sinifdə oxuyanlar nə etsin? 

Bütün bunları fikirləşib, çarə tapmaq lazımdır. Rus məktəblərinin bağlanması nə qədər soydaşımızı oğlumuzu-qızımızı işsiz qoyacaq, bu nə deməkdir? O qərar məgər bu problemi həll edir?”.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
4
30
demokrat.az

10Mənbələr