AZ

Nəzarət olunmayan sularda boğulma halları artır - Əhaliyə müraciətVİDEO

Son 2 həftə ərzində qeyri-çimərlik ərazilərdə 7 nəfər batıb.

Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyindən bildirlib ki, aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə edirlər. Bu da acı sonluqla nəticələnir.

Bəs, çimərlik olmayan çay, göl, kanal kimi su hövzələrinə nəzarət varmı? Məsələ ilə bağlı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili “Xəzər Xəbər”ə bildirib ki, nazirlik yalnız çimərlik olan ərazilərdə təhlükəsizliyə nəzarət edə bilir. Ən çox boğulma faktları isə nəzarət olunmayan yerlərdə qeydə alınır.

Bakıda da sulatı axının güclü olduğu təhülkəli qeyri-çimərliklərin sayı az deyil. Qurum rəsmisi həmin siyahını açıqlayıb.

Nazirlik rəsmininin sözlərinə görə, həmin ərazilərdə təhlükə ondan ibarətdir ki, bu ərazilərdə sualtı relyef daş qaya və digər cisimlərlə zəngindir və sualtı axının sürəti normadan artıqdır və qəfləti dərinliklər, çuxurlar mövcuddur. Nazirlik bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırıb. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
3
41
xezerxeber.az

10Mənbələr