AZ

Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona Rusiya rəsmilərinin və ekspertlərinin respublikadakı daxili siyasi vəziyyətlə bağlı açıqlamalarına etiraz notası verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İrəvan diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə Rusiya KİV-lərində yayılan qeyri-dost ritorikaya və Rusiya Federasiyasının bəzi nümayəndələrinin bəyanatlarına qəti etirazını çatdırıb”, - Ermənistan XİN-in bəyanatında deyilir.

Bu, Ermənistanda baş verən son siyasi proseslərə Rusiya mediasında və ekspert birliyində səslənən tənqidi qiymətlərlə bağlı olub. Qeydə daxil edilən ifadələrin və adların tam siyahısı açıqlanmayıb.

Seçilən
27
50
operativmm.az

10Mənbələr