Arda Turanın baş məşqçilik etdiyi "Şaxtyor" yoxlama oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, Türkiyəli mütəxəssisin Ukrayna klubunda ilk oyunu "Qoritsa"ya qarşı baş tutub.
Görüş "Şaxtyor"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda qələbə qolunun müəllifi Eginaldo olub.
Qeyd edək ki, "Şaxtyor" növbəti yoxlama oyunu çərçivəsində iyulun 6-da "Slovaçko" ilə üz-üzə gələcək.