Türkiyənin "Trabzonspor" klubu Pol Onuaçunu transferini açıqlayıb.
İdman.biz xəbər verir ki, nigeriyalı forvardla 3+1 illik müqavilə imzalanıb.
31 yaşlı hücumçu "Sauthempton"dan transfer olunub. "Trabzonspor" bu keçidə görə İngiltərə klubuna 5,6 milyon avro təzminat ödəyib. Onuaçunun illik maaşı 2 milyon avro olacaq.
Qeyd edək ki, Pol Onuaçu 2023/2024 mövsümündə icarə əsasında "Trabzonspor"un formasını geyinib. O, son mövsümdə İngiltərə Premyer Liqadasında "Sauthempton"un heyətində 25 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz