İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Zirvə görüşünün iştirakçıları.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.
Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir.
Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.
Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.
Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Xanımlar və cənablar, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.
Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes-Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.
ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.
2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürümü bildirirəm.
İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Əziz dostlar, əminəm ki, bugünkü müzakirələrimiz səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək. Sağ olun.
x x x
Sonra İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə görüşünün sədri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin
çıxışı
-Hörmətli nümayəndə heyətlərinin rəhbərləri.
Nadir tarixi və mədəni irsi təcəssüm etdirən gözəl Xankəndi şəhərində, qədim Qarabağ torpağında sizinlə görüşməkdən olduqca məmnunam. Əsl qardaşlar kimi biz bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən çox şadıq. Mən ECO Zirvə görüşünü bu torpaqda yüksək səviyyədə təşkil etdiyinə və səmimi qonaqpərvərlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm.
Daşkənddə tarixi görüşümüzdən sonra təşkilatın təsisat imkanlarının gücləndirilməsində və yeni sahələrdə əməkdaşlığın qurulmasında nəzərəçarpan irəliləyiş sizinlə birgə əldə edilmişdir. Fürsətdən istifadə edərək, təşkilatımızda Qazaxıstan Respublikasının səmərəli sədrliyini qeyd etmək istəyirəm.
Biz, həmçinin məmnunuq ki, uzun fasilədən sonra Əfqanıstanın keçid hökuməti Zirvə görüşümüzdə öz nümayəndə heyəti ilə iştirak edir. Əslində, biz qonşu Əfqanıstanı təşkilatımızın ayrılmaz hissəsi, geniş iqtisadi əməkdaşlığın və regional nəqliyyat proseslərinin mühüm üzvü kimi görürük və onu öz tərəfimizdən geniş şəkildə dəstəkləyirik.
Hörmətli görüş iştirakçıları, bu tədbir çətin anlarda baş tutur və dünya ictimaiyyəti mühüm mərhələlərdən keçir. Bu, tam aydındır. Çünki münaqişə və mübahisələrin əksər hissəsi təşkilatımızın ərazisində baş verməkdədir. Son aylarda Cənubi Asiya və Orta Şərqdə baş verən hadisələr hamımızda böyük narahatlıq doğurdu. Beynəlxalq hüquq və qlobal təhlükəsizlik təsisatlarının sarsılması dialoq və əməkdaşlıq imkanlarını daraldır, güc və zorakılığa yol açır. Xüsusən də təşkilatımızın üzvü olan İran İslam Respublikasına qarşı hərbi əməliyyatlar öz növbəsində bütün regionu müharibəyə sürükləmək və böyükmiqyaslı ətraf mühit fəlakətinin baş verməsi təhlükəsini yaratdı. Beləliklə, biz İran ilə İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasını dəstəkləyirik. Bu qərarı regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində atılan mühüm addım hesab edirik. İnanırıq ki, bu razılaşma diplomatik və konstruktiv danışıqlarla bütün məsələlərin həlli üçün möhkəm əsas yaradacaq. Nəzərə alsaq ki, kütləvi qırğın silahlarının yayılmaması beynəlxalq təhlükəsizliyin ən təxirəsalınmaz məsələlərindən birinə çevrilir, biz bir daha nüvə silahından azad zonaların coğrafiyasını genişləndirmək üçün qlobal ictimaiyyətə çağırış edirik. Qeyd edilməlidir ki, Orta Şərqdə dayanıqlı sülh və sabitlik İsrail-Fələstin münaqişəsinin ədalətli və düzgün həlli olmadan əldə edilə bilməz. Biz beynəlxalq ictimaiyyəti Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına, aclıq və qeyri-insani şəraitdən əziyyət çəkənlərə humanitar yardımın göstərilməsində bütün maneələrin aradan qaldırılmasına və müstəqil Fələstin dövlətinin BMT-nin qətnamələrinə uyğun qurulmasına öz tərəfimizdən çağırırıq.
Hörmətli görüş iştirakçıları, hər hansı sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Ona görə təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Görüşün gündəliyinə uyğun olaraq, mən diqqətinizi bir neçə məsələyə cəlb etmək istəyirəm. Əvvəlcə biz təşkilatımızın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etməliyik. Bunun üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz, həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir. Qeyd etmək istərdim ki, qarşılıqlı ticarətimizin cari həcmi aşağı olaraq qalır. 2024-cü ildə bu rəqəm 95 milyard dollar olub və ölkələrimizin ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir. Biz həmin sahədə strateji məsələləri müzakirə etmək üçün bu il Daşkənddə ticarət nazirlərimizin toplantısını keçirməyi və ticarətin asanlaşdırılması sazişinin imzalanmasını təklif edirik. Bundan əlavə, kənd təsərrüfatı, ticarət və əmtəənin məhdudiyyətsiz təchizatı üzrə məlumatların sürətli mübadiləsi üçün “yaşıl dəhlizlər” sistemini yaratmaq çox vacibdir. Sərmayə əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün “ECO invest” uzunmüddətli proqramını qəbul etmək və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsü ilə çıxış etmişik. Bu proqramın əsas məqsədi özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionumuzda perspektivli layihələrə cəlb etməkdən ibarətdir.
Digər prioritet sahə də var. Son geosiyasi hadisələr təchizat zəncirlərinin pozulması risklərini bir daha göstərdi, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini nümayiş etdirdi. Bunu biz həmin hadisələrdə gördük. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ötən il başlanması mühüm hadisə idi. Gələcəkdə bu dəmir yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək və böyük regionumuzda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcək. İnanırıq ki, məhz rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün həyata keçirilməsi labüddür. Çünki bunun sayəsində biz nəqliyyat və logistika sektorlarında rəqəmsallaşmanı sistemli şəkildə təşkil edəcəyik və beləliklə, ekspert səviyyəsində danışıqları daha da gücləndirəcəyik.
Mühüm məsələlərə gəldikdə, yeni aviareyslərin açılması, o cümlədən məhz hava nəqliyyatı şirkətləri arasında əməkdaşlığın innovativ şəkildə həyata keçirilməsi, marketinq strategiyalarının gücləndirilməsi turizm və aviasiya sektorlarının inkişafına böyük təkan verəcək. Bu məsələlərin müzakirəsi məqsədilə Səmərqənddə Milli Hava Yolu Şirkətləri Forumunun təşkil olunmasını təklif edirik. Ümumiyyətlə, təşkilatımız daxilində turizm xidmətlərinin daha da genişləndirilməsi ilə bağlı yol xəritəsinin inkişaf etdirilməsinin bizim bu məqsədə xidmət edəcəyinə əminik və hesab edirik ki, bu potensial turizm imkanlarımızı iki dəfə artıracaq.
Mən diqqətinizi digər bir mühüm məsələyə cəlb etmək istəyirəm. Əsas məsələ ondan ibarətdir ki, bizim hökumətlər qlobal iqlim gündəliyində öz səylərini əlaqələndirməli və birləşdirməlidirlər. Biz Bakıda COP29 qlobal iqlim sammitinin uğurla keçirilməsindən sonra əldə edilmiş razılaşmaların və öhdəliklərin tam şəkildə icrasını qəti şəkildə dəstəkləyirik. Biz, eyni zamanda, təşkilatımızın məhz quraq yerlərdə ağacların əkilməsinə, o cümlədən istirahət zonalarının yaradılmasına yönəlmiş “Yaşıl təşəbbüsü”nü dəstəkləyirik.
Hörmətli nümayəndə heyətinin rəhbərləri, biz təşkilatımızın fəaliyyətinin daha da gücləndirilməsində yüksəksəviyyəli komitənin səylərini alqışlayırıq. İnanırıq ki, bu komitə növbəti Zirvə görüşü üçün təkliflərin hazırlanmasında və təşkilatımızda funksional islahatların aparılmasında, onların gücləndirilməsində öz töhfəsini verəcəkdir. Bu islahatlar birmənalı olaraq bizim əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq, təşkilatımızın beynəlxalq nüfuzunu və təsirini gücləndirəcək, onun işinin müasir tələblərə uyğun qurulmasına səbəb olacaq.
Əminəm ki, bugünkü Zirvə görüşü bizim məqsədlərimizə, planlarımıza nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Tədbir digər çıxışlarla davam edib.
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian çıxışında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında Azad Ticarət Zonasının yaradılmasına diqqət çəkərək, təşkilatın 17-ci Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycana minnətdarlığını bildirdi və dedi:
-Zati-aliləri, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünə ev sahibliyi etdiyinizə və səxavətli qonaqpərvərliyinizə görə Sizə və hörmətli Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov bərpaolunan enerji mənbələri üzrə və rəqəmsal sahədə əməkdaşlığın, nəqliyyat-logistika əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğuladı və iqlim dəyişikliklərinin iqtisadiyyatın şaxələnməsinə təsirindən danışdı. Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirdi:
-Görüşümüzün Azərbaycanın Qarabağ bölgəsində yerləşən, sülh rəmzi olan tarixi Xankəndi şəhərində keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hörmətli İlham Heydər oğlu, ənənəvi səmimi qonaqpərvərliyinizə və bu tədbiri belə yüksək səviyyədə təşkil etdiyinizə görə Sizə və qardaş Azərbaycan xalqına səmimi qəlbdən təşəkkürümü bildirirəm.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini xüsusi vurğuladı:
-Əvvəlcə icazə verin, əziz qardaşım, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi təbrik edim. O, ECO-nun 17-ci Zirvə görüşünə uğurla sədrlik edir. Həmçinin biz ona minnətdarıq ki, belə bir tarixi, gözəl Xankəndi şəhərində bizə bu cür səmimi qonaqpərvərlik göstərilmişdir. Xanımlar və cənablar, eyni zamanda, qeyd etmək istərdim ki, təşkilatımızın üzv dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsində göstərdiyiniz səyləri yüksək dəyərləndirirəm.
Tacikistan Prezidenti Emoməli Rəhmon ticarət, nəqliyyat, energetika, sənaye, kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişafından danışaraq, geniş və əlaqələndirilmiş işbirliyinin müasir təhdidlərlə mübarizədə səmərəli ola biləcəyini diqqətə çatdırdı. O, Azərbaycanda keçirilən Zirvə görüşünün münasibətlərin hərtərəfli inkişafına töhfə verəcəyinə əminliyini bildirərək dedi:
- Mən əvvəlcə bugünkü görüşün təşkilinə və səmimi qəbula görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevə minnətdarlığımı bildirirəm. Eyni zamanda, hörmətli İlham Heydər oğlu, mən Sizi təşkilatımızın 17-ci Zirvə görüşünün sədri seçilməyiniz münasibətilə təbrik edirəm.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zirvə görüşünün keçirildiyi Xankəndi şəhərinin Qafqaz regionunda yeni inkişaf və sülh mərkəzinə çevriləcəyini vurğuladı, həmçinin Şuşa şəhərinin 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilməsi münasibətilə Azərbaycanı təbrik edərək bildirdi:
-Can Azərbaycanın səmimi qonaqpərvərliyi ilə bu gözəl şəhərdə bizi qəbul edən Prezident İlham Əliyev qardaşım başda olmaqla, bütün rəsmi şəxslərə və Azərbaycan xalqına təşəkkür edirəm. Tədbirimizin işğaldan azad edilmiş bir şəhərdə - Xankəndidə keçirilməsi Zirvə görüşümüzə xüsusi bir əhəmiyyət və məna qazandırır. İlham qardaşımın uzaqgörən yanaşması ilə bu qədim şəhərin Qafqazın yeni inkişaf və sülh mərkəzi olacağına ürəkdən inanıram.
Bugünkü müzakirələrimizin və iyulun 1-dən etibarən keçirilən qadın, gənclər və biznes forumlarının ölkələrimiz və bölgəmiz üçün xeyirli olmasını arzu edirəm.
Əziz qardaşlarım, ticarətdən nəqliyyata, ətraf mühitdən enerjiyə qədər müxtəlif sahələrdə geniş potensiala sahib təşkilatımızın bu Zirvə görüşünün iqlim dəyişikliyinə həsr edilməsinin son dərəcə doğru olduğunu düşünürəm. Azərbaycanda təşkil ediləcək Təmiz Enerji və Araşdırma mərkəzlərinin qurulmasına dair sənədlərin təsdiqlənməsi prosesinin ölkəmizdə son mərhələdə olduğunu da diqqətinizə çatdırmaq istəyirəm.
Şuşanın 2026-cı il İqtisadi Əməkdaşlıq Təşkilatının “Turizm paytaxtı” seçilməsi münasibətilə Prezident, dostum cənab İlham Əliyevin şəxsində bütün azərbaycanlı qardaşlarımızı təbrik edirəm.
Qazaxıstanın Baş naziri Oljas Bektenov Zirvə görüşünün Xankəndidə keçirilməsinin Azərbaycanın sülh və inkişafa dəstəyini ifadə etdiyini söylədi:
-İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə səmimi qonaqpərvərliyə və bu mühüm Zirvə görüşünün tarixi və gözəl Xankəndi şəhərində yüksək səviyyədə təşkil etdiyinə görə ürəkdən minnətdarlığı bildirmək istəyirəm. Biz bu Zirvə görüşünün bu şəhərdə keçirilməsini vacib hesab edirik, eyni zamanda, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin salamlarını Sizə çatdırırıq. Tədbirin burada təşkil olunmasını Azərbaycanın sülhə, inkişafa və regional inteqrasiyaya sadiqliyinin parlaq nümunəsi kimi görürük. Şübhəsiz ki, qardaş Azərbaycanın sədrliyi ilə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü regional tərəfdaşlığın daha da inkişafına yeni təkan verəcəkdir.
Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün təşkilinə görə Azərbaycana təşəkkür etdi. O, ölkəsinin ECO üzvləri ilə strateji əlaqələri həyata keçirməkdə maraqlı olduğunu bildirdi:
-Bizə göstərilmiş qonaqpərvərliyə və yaradılmış gözəl şəraitə görə Azərbaycan Prezidentinə səmimi-qəlbdən təşəkkür edirəm. Bu mötəbər Zirvə görüşü burada baş tutub. Zirvə görüşü əlamətdar tarixi məqamdır və bizim üçün bir bələdçidir. Bu, regional əməkdaşlığa, qarşılıqlı anlaşmaya və tərəqqiyə xidmət edən bir tədbirdir.
Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov İqtisadi Əməkdaşlıq Təşkilatının çoxtərəfli əməkdaşlığın inkişafında mühüm platforma olduğunu vurğuladı və tədbirə dəvət üçün Azərbaycan Prezidentinə təşəkkür edərək dedi:
-Əvvəlcə icazə verin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bugünkü Zirvə görüşündə iştirak etmək üçün Türkmənistan rəhbərliyinə göndərdiyi dəvətə görə təşəkkürümü bildirim. Fürsətdən istifadə edərək, mən Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun ECO-nun üzv dövlətlərinin rəhbərlərinə, hökumət başçılarına və Azərbaycan Prezidentinə salamlarını və dərin ehtiramını bildirim. ECO Zirvə görüşünün işini yaxşı təşkil etdiyinə və yüksək qonaqpərvərliyə görə Türkmənistanın nümayəndə heyəti adından Azərbaycan tərəfinə səmimi təşəkkürümü bildirmək istəyirəm.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının uğurla bərpasından və belə mötəbər Zirvə görüşünün tarixi və qədim Azərbaycan şəhəri Xankəndidə təşkil edilməsindən məmnunluğunu bildirdi:
- İlk növbədə, bu mühüm Zirvə görüşünə ev sahibliyi edən Azərbaycan Respublikasının Prezidenti qardaşım cənab İlham Əliyevə və İqtisadi Əməkdaşlıq Təşkilatına Baş katib Əsəd Məcid Xanın timsalında təşəkkürlərimi bildirirəm.
Bu görüşün qardaş ölkə Can Azərbaycanın tarixi və qədim şəhəri Xankəndidə keçirilməsi bizi xüsusilə məmnun etmişdir. Beş illik qısa müddətdə bu Vətən torpaqlarının Qarabağ Fatehi cənab İlham Əliyevin liderliyi və bənzərsiz xalq həmrəyliyi ilə yenidən dirçəldilməsi bizləri də qürurlandırmaqdadır. Qarabağ Azərbaycan, Azərbaycan Qarabağdır!
Nigeriya Federativ Respublikasının büdcə və iqtisadi planlama naziri Abubakar Atiku Baqudu Zirvə görüşünə ev sahibliyi edən Azərbaycana qonaqpərvərliyə görə təşəkkürünü bildirərək dedi:
- Dəvətə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Hökumətinə və xalqına minnətdarlığımı bildirirəm. Qlobal iqtisadi qeyri-müəyyənlik fonunda, qlobal birliyin mühüm yol ayrıcında olduğu bir vaxtda bu önəmli Zirvə görüşünə ev sahibliyi etdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Heydər oğlu Əliyevə təşəkkürümü bildirirəm. Bundan əlavə, 20 il əvvəl Nigeriya səfirliyinin Azərbaycan Respublikasında akkreditasiyasına icazə verən Zati-alilərinə təşəkkür edirik.
BMT Baş katibinin müavini, Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın səylərini xüsusi vurğuladı:
-BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının birinci Zirvə toplantısının təşəbbüskarı olmaqla, 2024-cü ildə BMT-nin İqlim dəyişikliyi konfransına və ECO-nun bu Zirvə görüşünə ev sahibliyi etməklə çoxtərəfli əməkdaşlığın inkişafında göstərdiyi liderliyə görə Azərbaycan Respublikasının Prezidentinə səmimi təşəkkürümü bildirirəm. Bu görüş ECO-nun 2025-ci il üzrə baxışını əks etdirməklə yanaşı, təşkilatın davamlı və iqtisadi dayanıqlığa doğru ümumi yollarını yenidən müəyyən etməyə yönəlmiş iqlimədavamlı gələcək üçün yeni ECO istiqaməti çərçivəsində baş tutur. Keçən il ilk dəfə olaraq qlobal orta temperatur sənayedən əvvəlki səviyyədən 1,5 dərəcə yuxarı qalxdı. Son proqnozlar göstərir ki, qlobal temperatur yaxın beş ildə bu səviyyədə qalacaq və yaxudda ona yaxın olacaqdır. Bu, hələ də Paris sazişinin həddinin daimi pozulması deyilsə də, qətiyyətli addımlar üçün imkanların sürətlə daraldığından xəbər verir. Mən bu fürsətdən istifadə edərək, sizin hamınızı komissiyamızın 2026-cı ilin aprelində Bakıda keçiriləcək 82-ci sessiyasına dəvət etmək istərdim. Həmin tədbirin mövzusu heç kəsi kənarda qoymamaq, cəmiyyətin inkişaf etdirilməsindən ibarət olacaqdır. Mən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təşəkkürümü bildirirəm ki, o, belə bir mühüm təşəbbüsə öz dəstəyini vermişdir.
Sonra Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Pakistan Milli Assambleyasının üzvü Seyyidə Ənnah Batul çıxış etdilər.
Sonda çıxış edən İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsində bir çox ilklərə imza atıIdığını bildirdi və qeyd etdi ki, Azərbaycan həm ECO üçün yeni standartlar müəyyən edir, həm də təşkilat daxilində həmrəyliyi gücləndirir:
-Cəsarətin, möhkəmliyin və dirçəliş ruhunun qüdrətli rəmzi kimi dayanan Qarabağın gözəl Xankəndi şəhərində bu tarixi Zirvə görüşünə hazırlıq işlərinə yüksək səviyyədə nəzarət etdiyinə görə Zati-aliləri Prezident İlham Əliyevə ən səmimi təşəkkürümüzü bildiririk. Zati-aliləri, liderliyiniz və uzaqgörənliyiniz sayəsində bu Zirvə görüşündə bir sıra ilklərə imza atdıq. Birincisi, biz bu Zirvə görüşü çərçivəsində qeyd olunan ilk ECO həftəsində təkcə regionun rəhbərliyini, bir sıra xüsusi qonaqları deyil, həm də ECO təşkilatının bütün ailəsini bir araya gətirə bildik. Bu, bizim ilk ECO həftəsi çərçivəsində baş tutmuşdur. Həmçinin bu Zirvə görüşündə ilk dəfə olaraq biz ECO-nun 2035-ci ilədək yeni strateji məqsədlərini hazırlamaq üçün hökumətlərdən başqa, digər maraqlı dairələri, o cümlədən qadınları, gəncləri və özəl sektoru da cəlb etdik. Aydındır ki, Azərbaycan ECO-nun Zirvə görüşü üçün nəinki yeni standartı müəyyən etdi, yeni meyarları ortaya çıxardı, həm də çox vacib hesab olunan ECO ailə ruhunun yaradılması istiqamətində mühüm addım atdı. Ümidvarıq ki, gələcək Zirvə görüşləri bu təcrübəni davam etdirəcək.
X X X
Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:
-Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Zirvə görüşünün iştirakçıları.
Əziz dostlar.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatır.
Bu Zirvə görüşündə iştirakınıza, fikir və təkliflərinizə görə hər birinizə təşəkkürümü bildirirəm.
Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi.
Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq.
Həm Zirvə görüşünün, həm də Biznes-Forumun, Gənclər Forumunun və Qadınlar Forumunun keçirilməsinə verdikləri dəstəyə görə ECO-nun Baş katibi cənab Əsəd Xana və katibliyə təşəkkür edirəm.
Son olaraq, ECO Həftəsinə töhfə vermiş forumların iştirakçılarına və məruzəçilərə təşəkkürümü bildirirəm.
Beləliklə, Zirvə görüşü bağlı elan olunur. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.
***
16:29
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.
APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladı.
Sonra birgə foto çəkdirildi.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
- Hörmətli dövlət və hökumət başçıları.
Hörmətli Zirvə görüşünün iştirakçıları.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə xoş gəlmisiniz.
Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürümü bildirirəm.
Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. Əvvəlki iki Zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir.
Bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.
Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir.
İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.
Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.
İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.
Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb.
Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.
Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.
İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.
Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk.
Bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır.
Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək.
Xanımlar və cənablar, Azərbaycan ECO-nun işində həmişə fəal iştirak etmişdir. ECO-ya üzv ölkələrlə əlaqələrimiz uğurla inkişaf edir.
Keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında COP29 konfransı keçirilmişdir. Bu konfransda 197 ölkə, 70 dövlət və hökumət başçısı iştirak etmiş, 77 min şəxs qeydiyyatdan keçmişdir.
Konfransda əldə edilmiş əsas nailiyyətlər inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılması, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirilməsi və karbon bazarları barədə razılaşmalardan ibarət olmuşdur.
Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Forumda iştirak etmiş nümayəndələr bu gün burada görülmüş işlərlə bağlı məruzələr təqdim edəcəklər.
ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işlər davam edir.
2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsinə görə təşəkkürümü bildirirəm.
İqtisadi sahədə əməkdaşlığı dərinləşdirmək üçün bu gün müzakirə ediləcək məsələlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gəldikdə, bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.
Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq.
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.
Əziz dostlar, əminəm ki, bugünkü müzakirələrimiz səmərəli olacaq və ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafına öz müsbət töhfəsini verəcək. Sağ olun.
x x x
Sonra İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə görüşünün sədri, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev çıxış etdi.
Prezident Şavkat Mirziyoyevin çıxışı
- Hörmətli nümayəndə heyətlərinin rəhbərləri.
Nadir tarixi və mədəni irsi təcəssüm etdirən gözəl Xankəndi şəhərində, qədim Qarabağ torpağında sizinlə görüşməkdən olduqca məmnunam. Əsl qardaşlar kimi biz bu bölgənin sülh və inkişaf məkanına çevrilməsindən çox şadıq. Mən ECO Zirvə görüşünü bu torpaqda yüksək səviyyədə təşkil etdiyinə və səmimi qonaqpərvərlik göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə ən dərin təşəkkürümü bildirmək istəyirəm.
Daşkənddə tarixi görüşümüzdən sonra təşkilatın təsisat imkanlarının gücləndirilməsində və yeni sahələrdə əməkdaşlığın qurulmasında nəzərəçarpan irəliləyiş sizinlə birgə əldə edilmişdir. Fürsətdən istifadə edərək, təşkilatımızda Qazaxıstan Respublikasının səmərəli sədrliyini qeyd etmək istəyirəm.
Biz, həmçinin məmnunuq ki, uzun fasilədən sonra Əfqanıstanın keçid hökuməti Zirvə görüşümüzdə öz nümayəndə heyəti ilə iştirak edir. Əslində, biz qonşu Əfqanıstanı təşkilatımızın ayrılmaz hissəsi, geniş iqtisadi əməkdaşlığın və regional nəqliyyat proseslərinin mühüm üzvü kimi görürük və onu öz tərəfimizdən geniş şəkildə dəstəkləyirik.
Hörmətli görüş iştirakçıları, bu tədbir çətin anlarda baş tutur və dünya ictimaiyyəti mühüm mərhələlərdən keçir. Bu, tam aydındır. Çünki münaqişə və mübahisələrin əksər hissəsi təşkilatımızın ərazisində baş verməkdədir. Son aylarda Cənubi Asiya və Orta Şərqdə baş verən hadisələr hamımızda böyük narahatlıq doğurdu. Beynəlxalq hüquq və qlobal təhlükəsizlik təsisatlarının sarsılması dialoq və əməkdaşlıq imkanlarını daraldır, güc və zorakılığa yol açır. Xüsusən də təşkilatımızın üzvü olan İran İslam Respublikasına qarşı hərbi əməliyyatlar öz növbəsində bütün regionu müharibəyə sürükləmək və böyükmiqyaslı ətraf mühit fəlakətinin baş verməsi təhlükəsini yaratdı. Beləliklə, biz İran ilə İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasını dəstəkləyirik. Bu qərarı regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində atılan mühüm addım hesab edirik. İnanırıq ki, bu razılaşma diplomatik və konstruktiv danışıqlarla bütün məsələlərin həlli üçün möhkəm əsas yaradacaq. Nəzərə alsaq ki, kütləvi qırğın silahlarının yayılmaması beynəlxalq təhlükəsizliyin ən təxirəsalınmaz məsələlərindən birinə çevrilir, biz bir daha nüvə silahından azad zonaların coğrafiyasını genişləndirmək üçün qlobal ictimaiyyətə çağırış edirik. Qeyd edilməlidir ki, Orta Şərqdə dayanıqlı sülh və sabitlik İsrail-Fələstin münaqişəsinin ədalətli və düzgün həlli olmadan əldə edilə bilməz. Biz beynəlxalq ictimaiyyəti Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına, aclıq və qeyri-insani şəraitdən əziyyət çəkənlərə humanitar yardımın göstərilməsində bütün maneələrin aradan qaldırılmasına və müstəqil Fələstin dövlətinin BMT-nin qətnamələrinə uyğun qurulmasına öz tərəfimizdən çağırırıq.
Hörmətli görüş iştirakçıları, hər hansı sülh və inkişafın bünövrəsi öncə iqtisadi əməkdaşlığa söykənir. Ona görə təşkilat daxilində tərəfdaşlığımız nəinki təbiidir, o cümlədən böyük strateji əhəmiyyətə malikdir. Görüşün gündəliyinə uyğun olaraq, mən diqqətinizi bir neçə məsələyə cəlb etmək istəyirəm. Əvvəlcə biz təşkilatımızın orta və uzunmüddətli inkişaf prioritetlərini aydın şəkildə müəyyən etməliyik. Bunun üçün “İqtisadi əməkdaşlığın strateji məqsədləri 2035” adlı konsepsiyanı qəbul etmək zəruridir. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, biz, həmçinin innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirməliyik. Əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri-tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafı xüsusilə vacibdir. Qeyd etmək istərdim ki, qarşılıqlı ticarətimizin cari həcmi aşağı olaraq qalır. 2024-cü ildə bu rəqəm 95 milyard dollar olub və ölkələrimizin ümumi ticarət dövriyyəsinin cəmi 10 faizini təşkil edir. Biz həmin sahədə strateji məsələləri müzakirə etmək üçün bu il Daşkənddə ticarət nazirlərimizin toplantısını keçirməyi və ticarətin asanlaşdırılması sazişinin imzalanmasını təklif edirik. Bundan əlavə, kənd təsərrüfatı, ticarət və əmtəənin məhdudiyyətsiz təchizatı üzrə məlumatların sürətli mübadiləsi üçün “yaşıl dəhlizlər” sistemini yaratmaq çox vacibdir. Sərmayə əməkdaşlığımızı yeni səviyyəyə qaldırmaq üçün “ECO invest” uzunmüddətli proqramını qəbul etmək və sərmayə mühitinin daha şəffaf və cəlbedici olması təşəbbüsü ilə çıxış etmişik. Bu proqramın əsas məqsədi özəl investorları, bankları və beynəlxalq maliyyə təsisatlarını regionumuzda perspektivli layihələrə cəlb etməkdən ibarətdir.
Digər prioritet sahə də var. Son geosiyasi hadisələr təchizat zəncirlərinin pozulması risklərini bir daha göstərdi, alternativ nəqliyyat dəhlizlərinin strateji əhəmiyyətini nümayiş etdirdi. Bunu biz həmin hadisələrdə gördük. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin ötən il başlanması mühüm hadisə idi. Gələcəkdə bu dəmir yolu xətti Transəfqan dəhlizi ilə birləşəcək və böyük regionumuzda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcək. İnanırıq ki, məhz rəqəmsal nəqliyyat və gömrük ofisinin yaradılması təşəbbüsünün həyata keçirilməsi labüddür. Çünki bunun sayəsində biz nəqliyyat və logistika sektorlarında rəqəmsallaşmanı sistemli şəkildə təşkil edəcəyik və beləliklə, ekspert səviyyəsində danışıqları daha da gücləndirəcəyik.
Mühüm məsələlərə gəldikdə, yeni aviareyslərin açılması, o cümlədən məhz hava nəqliyyatı şirkətləri arasında əməkdaşlığın innovativ şəkildə həyata keçirilməsi, marketinq strategiyalarının gücləndirilməsi turizm və aviasiya sektorlarının inkişafına böyük təkan verəcək. Bu məsələlərin müzakirəsi məqsədilə Səmərqənddə Milli Hava Yolu Şirkətləri Forumunun təşkil olunmasını təklif edirik. Ümumiyyətlə, təşkilatımız daxilində turizm xidmətlərinin daha da genişləndirilməsi ilə bağlı yol xəritəsinin inkişaf etdirilməsinin bizim bu məqsədə xidmət edəcəyinə əminik və hesab edirik ki, bu potensial turizm imkanlarımızı iki dəfə artıracaq.
Mən diqqətinizi digər bir mühüm məsələyə cəlb etmək istəyirəm. Əsas məsələ ondan ibarətdir ki, bizim hökumətlər qlobal iqlim gündəliyində öz səylərini əlaqələndirməli və birləşdirməlidirlər. Biz Bakıda COP29 qlobal iqlim sammitinin uğurla keçirilməsindən sonra əldə edilmiş razılaşmaların və öhdəliklərin tam şəkildə icrasını qəti şəkildə dəstəkləyirik. Biz, eyni zamanda, təşkilatımızın məhz quraq yerlərdə ağacların əkilməsinə, o cümlədən istirahət zonalarının yaradılmasına yönəlmiş “Yaşıl təşəbbüsü”nü dəstəkləyirik.
Hörmətli nümayəndə heyətinin rəhbərləri, biz təşkilatımızın fəaliyyətinin daha da gücləndirilməsində yüksəksəviyyəli komitənin səylərini alqışlayırıq. İnanırıq ki, bu komitə növbəti Zirvə görüşü üçün təkliflərin hazırlanmasında və təşkilatımızda funksional islahatların aparılmasında, onların gücləndirilməsində öz töhfəsini verəcəkdir. Bu islahatlar birmənalı olaraq bizim əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq, təşkilatımızın beynəlxalq nüfuzunu və təsirini gücləndirəcək, onun işinin müasir tələblərə uyğun qurulmasına səbəb olacaq.
Əminəm ki, bugünkü Zirvə görüşü bizim məqsədlərimizə, planlarımıza nail olmaq işinə təkan verəcək, çoxtərəfli və praktiki əməkdaşlığımızı yeni səviyyəyə qaldıracaq.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Tədbir digər çıxışlarla davam edib.
X X X
Zirvə görüşünə yekun vuran Prezident İlham Əliyev dedi:
- Əziz dostlar.
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü başa çatır.
Bu Zirvə görüşündə iştirakınıza, fikir və təkliflərinizə görə hər birinizə təşəkkürümü bildirirəm.
Xankəndi Zirvə görüşü bizim dostluğumuzun daha bir bariz nümunəsinə çevrildi.
Əminəm ki, səsləndirilən fikirlər və təkliflər katiblik tərəfindən ümumiləşdiriləcək və ECO-nun gələcək fəaliyyətində, o cümlədən 2026-2035-ci illər üçün inkişaf sənədinin hazırlanmasında nəzərə alınacaq.
Həm Zirvə görüşünün, həm də Biznes Forumun, Gənclər Forumunun və Qadınlar Forumunun keçirilməsinə verdikləri dəstəyə görə ECO-nun Baş katibi cənab Əsəd Xana və katibliyə təşəkkür edirəm.
Son olaraq, ECO Həftəsinə töhfə vermiş forumların iştirakçılarına və məruzəçilərə təşəkkürümü bildirirəm.
Beləliklə, Zirvə görüşü bağlı elan olunur. Bir daha hər birinizə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun.
***
13:28
İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir.
Bu barədə APA-nın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Prezident İlham Əliyev Zirvə görüşündə çıxış edir.
***
12:37
Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.