AZ

Fərid Şahbazlı: “Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də regionda formalaşan yeni reallıqların qəbulu deməkdir”.

Bu sözləri Musavat.com-a "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, bir neçə il əvvəl separatizm və terrorçuluğun mərkəzi olan Xankəndinin bu gün beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi təkcə rəmzi yox, həm də strateji və geosiyasi əhəmiyyət daşıyır:

"Bu gün burada keçirilən Zirvə Görüşü göstərir ki, artıq Xankəndi sülhün, sabitliyin və əməkdaşlığın ünvanına çevrilib”.

Fərid Şahbazlı qeyd edib ki, tədbirdə Türkiyə, İran, Pakistan, Özbəkistan, Tacikistan, Qırğız Respublikası və digər mühüm ölkələrin dövlət və hökumət başçılarının iştirakı Azərbaycanın təşəbbüslərinə verilən yüksək səviyyəli dəstəyin göstəricisidir.

"Bu, eyni zamanda, post-münaqişə dövründə Azərbaycanın bölgədə diktə etdiyi siyasi gündəliyin qəbul olunduğunun sübutudur. Cənubi Qafqazda yeni status-kvo artıq reallığa çevrilib və bu reallığın mərkəzində Azərbaycan dayanır”.

Siyasi şərhçi vurğulayıb ki, Qarabağın beynəlxalq tədbirlər üçün məkan kimi seçilməsi Azərbaycanın xarici siyasətində sistemli və düşünülmüş yanaşmanın nəticəsidir:

"Xankəndinin bu səviyyədə tədbirə ev sahibliyi etməsi bir daha göstərdi ki, Azərbaycanın siyasi iradəsi artıq region və dünya səviyyəsində qəbul edilir və dəstəklənir. Azərbaycanın diplomatik uğurlarının miqyası qlobal xarakter daşıyır”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
27
azxeber.com

10Mənbələr