AZ

UEFA Barselona , Çelsi və digər klubları cərimələdi

ain.az, Qol.az saytına istinadən bildirir.

UEFA bir neçə TOP klubu maliyyə feyr-pley qaydalarını pozduğuna görə cərimələyib.

QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

“Çelsi”, “Barselona”, “Lion”, “Aston Villa” və “Roma”ya maliyyə pozuntularına görə sanksiyalar tətbiq olunub.

Ən böyük cərimə “Çelsi”yə kəsilib. London klubu 20 milyon avro ödəniş etməli olacaq. Bundan əlavə, “zadəganlar”a 60 milyon avro da şərti cərimə tətbiq olunub. Klub UEFA ilə dörd il müddətinə nəzarət rejiminə razılıq verib. 

“Barselona” da oxşar səbəblərlə 15 milyon avro cərimələnib. Kataloniya klubu əlavə olaraq 45 milyon avro şərti cərimə ilə də üzləşib. UEFA “Barselona”nın 2023 və 2024-cü il hesabatlarında maliyyə dayanıqlılığı baxımından pozuntular aşkarlandığını bildirib. Katalon klubu da dörd il ərzində nəzarət müddətinə razılıq verib.

Fransanın “Lion” klubu 12,5 milyon avro, İngiltərənin “Aston Villa”sı isə 5 milyon avro cərimə olunub. Hər iki klub üçün də müvafiq olaraq 15 milyon və 12 milyon avroluq şərti cərimə nəzərdə tutulub.

İtaliya təmsilçisi “Roma” isə UEFA tərəfindən 3 milyon avro məbləğində cərimələnib.

Qeyd olunur ki, sanksiyaların əsas məqsədi 2026/27 mövsümündən başlayaraq gəlirlərin bölgüsünə dair tələblərə tam şəkildə əməl etməkdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
10
qol.az

10Mənbələr