AZ

ABŞ və Ukrayna çox vacib bir məsələdə anlaşdı

ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı təxminən 40 dəqiqə davam edib və onun əsas mövzusu Ukraynanın hava hücumundan müdafiə sahəsində ehtiyacları olub.

Danışıqlarla tanış olan bir neçə mənbə “Axios”a bildirib ki, Tramp və Zelenski Ukraynaya hava hücumundan müdafiə sistemləri və silahlar tədarük etmək barədə razılığa gəliblər.
Vladimir Zelenski söhbətin ardınca Donald Trampla “havadan müdafiə imkanlarını” müzakirə etdiyini yazıb. “Bu gün biz vəziyyət haqqında danışdıq: Rusiyanın hava zərbələri və daha geniş desək, cəbhədəki vəziyyət haqqında. Biz hava hücumundan müdafiə imkanlarını müzakirə etdik və razılaşdıq ki, səmanın mühafizəsini artırmağa çalışacağıq”, – o, Telegram kanalında yazıb.

Qeyd edək ki, iyulun 2-də Pentaqonun katibi Pit Heqsetin əmri ilə ABŞ bəzi silahların göndərilməsindən sonra Ukraynaya hərbi yardımı dayandırıb. İyulun 4-də Donald Tramp Kiyevə silah tədarükünün bərpa olunduğunu elan edib. O vurğulayıb ki, Vaşinqton indi ABŞ-ın özünün silahlanmaya ehtiyacı olmasından çıxış edir.

//Samir Qurbanov, Editor.az

Seçilən
25
50
editor.az

10Mənbələr