AZ

Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verildi

Zaur Naxçıvanski istintaq təcridxanasına göndərilir, Vaqif Bakinskini isə DİN 3 ay xüsusi nəzarətində saxlayacaq

Orenburqda Leninski Rayon Məhkəməsi Zaur Naxçıvanski kimi tanınan azərbaycanlı “qanuni oğru” Zaur Şipilov barəsində həbs qətimkan tədbiri seçib. O, sentyabr ayınadək istintaq təcridxanasında qalacaq.

Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə iyulun 4-də rayon məhkəməsinin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb. O, cinayətkar birlik təşkil etməkdə ittiham olunur. Günahı sübuta yetirilərsə, cəzasını Rusiyada çəkəcək, çünki bu ölkənin vətəndaşıdır. Zaur Naxçıvanski məşhur kriminal avtoritet Hikmət Sabirabadlı ilə birgə qətlə yetirilən Bayram Talıbovun oğludur.

Daha bir azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (Vaqif Bakinski) da Moskvada Rusiya miqrasiya qanunlarını pozduğuna görə saxlanılıb. O, üç ay xüsusi müəssisədə qalacaq, bundan sonra Azərbaycana deportasiya olunacaq. REN TV-nin məlumatına görə, V.Süleymanov 3 ay Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasında qalacaq.

Screenshot_3.png

Onun “tacqoyma mərasimində” Nardaranlı Mirseymur, Sabirabadlı Hikmət, Çingiz Sedoy, Masallı Mamed, Qoca iştirak ediblər. Vaqif Bakinski Rusiyada cinayət yoluna digər oğrular – Asiya və ya Qafqazdan olan mühacirlər kimi başlayıb: Ded Xasanın (Aslan Usoyan) himayəsi altında. O, öldürüləndən sonra Vaqif Şakro Molodoyun (Zaxari Kalaşov) tərəfini tutub və onun himayəsinə keçib. Vaqif Bakinskinin həbsi və məhkumluğu, törətdiyi cinayətlərin sayı, çəkdiyi həbs müddətlərinin dəqiq siyahısı yoxdur.

Rusiya mediası bu həbsləri Bakı-Moskva münasibətlərinin pozulması fonunda xüsusi qabardırlar.

“Qanuni oğru” adları azərbaycanlı toponimləri olmasına baxmayaraq, nə Vaqif, nə də Zaur Azərbaycanda doğulub. 59 yaşlı Vaqif Süleymanov dediyi kimi, Gürcüstanda doğulub, hərbi biletində Marneulidən olduğu bilinir. Amma Rusiya mənbələri onu da iddia edir ki, Vaqif Bakinskinin Özbəkistan vətəndaşlığı var. “112” Telegram kanalı isə iddia edib ki, ona Azərbaycanın hüquq-mühafizə orqanlarının da sualları ola bilər. Zaur Naxçıvanski isə Orenburqda anadan olub və özünü azərbaycanlı hesab etsə də, yarı rusdur və üstəlik, xaç suyuna salınıb”, – deyə kompromat.ru saytı yazır.

Screenshot_4.png

Sayt qeyd edir ki, Vaqif Bakinski nüfuz baxımından azərbaycanlı kriminallar arasında haqlı olaraq “bir nömrə” sayıla bilər, amma Zaur, əksinə, 12 illik “təcrübəsi” olsa da, “qanuni oğru” kimi zəifdir.

“Hələ ki, baş verənləri Rusiyanın azərbaycanlı kriminallardan "təmizlənməsi" adlandırmaq çətindir – miqyası o deyil. Amma ehtimal ki, mütəşəkkil cinayətkar qrupların təmizlənməsi istiqamətində sistemli iş həqiqətən başlayıb və bundan sonra da davam edəcək”, – “Rybar” Telegram kanalı belə yazır. /Musavat.com/

Seçilən
17
4
turkustan.az

10Mənbələr