AZ

ABŞ Makronun Putinə çağırışının gözlənilməz nəticəsini açıqladı:“Tamamilə axmaq”


Fransanın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi Rusiya prezidenti Vladimir Putinlə Fransanın rəhbəri Emmanuel Makron arasındakı söhbətdən sonra özünü lazımi şəkildə aparmağa başlaya bilər.
Bu barədə MKİ-nin keçmiş analitiki Larri Conson Sonar21 üçün məqaləsində yazıb. O, xüsusilə qeyd edib ki, Putin və Makron BMT Təhlükəsizlik Şurasındakı rollarını müzakirə ediblər.

“2024-cü ilin aprelində əldə etdiyim təcrübəmə əsaslanaraq, qeyd-şərtsiz deyə bilərəm ki, bu təşkilatdakı Fransa nümayəndəsi tam axmaqdır”, - o vurğulayıb.

Keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşının fikrincə, BMT Təhlükəsizlik Şurasının konstruktiv rolunun iki lider tərəfindən müzakirəsi Fransa nümayəndəsinin nəhayət, özünü əsl diplomat kimi aparmağa başlamasına səbəb ola bilər.


“Svobodnaya Pressa”nın yazdığına görə, Makron daha əvvəl Putinlə söhbətinin vacibliyini qeyd edib.

aia.az
tərcümə şöbəsi




Seçilən
11
17
aia.az

10Mənbələr