"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək olduğu üçün onu türkəçarə üsullarla sağaltmağa çalışırlar".
Bunu Baku TV-nin "Yeni bir səhər" verilişində həkim-pediatr Məhsəti Nəcəfova söyləyib.
O qeyd edib ki, daha sonra valideynlər həkimə müraciət edəndə uşaqda ağır formada pnevmoniya aşkarlanır.
"Pnevmoniyadan qorunmaq üçün ilk növbədə peyvənd etdirmək lazımdır. Valideynlər peyvənddən qorxmamalıdırlar. Yaşa uyğun olaraq mütəmadi vurdurmalıdırlar ki, pnevmoniya təhlükəsi olanda uşaqları həmin riskdən qorusunlar", - deyə pediatr əlavə edib.
Həkim onu da bildirib ki, yayda uşaqların xəstələnməsinin əsas səbəbi orqanizmdə temperatur fərqinin yaranmasıdır.