AZ

Meksikada şəhər meri timsahla evlənib

Meksikanın San Pedro Huamelula şəhərində bələdiyyə sədri Daniel Qutyerres kiçik bir timsah olan dişi kaymanla simvolik nikaha daxil olub.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, Qutyerres yerli əhalinin “kiçik şahzadə” adlandırdığı sürünənlə evlənib. Mərasimdən əvvəl ağ gəlinlik geyindirilən dişi timsah küçələrdə gəzdirilib. kayman küçələrdə aparılıb. Daha sonra evlərə gətirilib və sakinlər sürünənin qarşısında rəqs ediblər.

Qeyd olunur ki, yerli inanclara görə, timsah “Yerin Anası”nı təcəssüm etdirən tanrı hesab olunur. Bildirilib ki,“tayfa başçısı” ilə evlilik tanrılar dünyası ilə insanlar dünyasının birləşməsini simvollaşdırır. Ritualın 230 ildən çox yaşı var, yerli sakinlər hələ də bu birliyin firavanlıq, yaxşı məhsul və zəngin ov gətirdiyinə inanır.

QAZİLER.AZ

Seçilən
0
3
qaziler.az

5Mənbələr