"Qəbələ" yeni transferini açıqlayıb. 


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 


Bölgə təmsilçisi İsaaq Amoahla anlaşıb. 24 yaşlı mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası "Atletiko Sanlukenyo" olub. 


Qanalı oyunçu karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib. 


"Qəbələ" daha öncə Prins Ovusu (son olaraq "Qəbələ"nin U-19 komandasında oynayıb) ilə anlaşdığını açıqlamışdı.