AZ

Hindli generaldan ŞOK: Döyüşlərdə Pakistana bu iki dövlət kömək etdi

  “Çin və Türkiyə gərginlik zamanı Pakistana kömək edib”.

Bunu Ordu Qərargahının müavini general-leytenant Rahul R Sinq deyib.

O iddia edib ki, guya “Sindoor” əməliyyatı zamanı Hindistan Pakistan, Çin və Türkiyə ilə qarşılaşmalı olub. Yəni Çin və Türkiyə Pakistana əhəmiyyətli dəstək verib.

Hindistanlı general güclü hava hücumundan müdafiə sisteminin qurulmasının zəruriliyini qeyd edib və ölkənin gələcək çağırışlara hazır olmasının vacibliyini vurğulayıb.

General həmçinin bildirib ki, Çinin yardımda iştirakı kəşfiyyat məlumatlarını bölüşməkdən kənara çıxıb:

“Son beş ilin statistikasına baxsanız görərsiniz ki, Pakistanın aldığı hərbi texnikanın 81 faizi Çindən gəlir. Bu münaqişədə Çin silahlarını döyüş şəraitində, canlı laboratoriyada sınaqdan keçirmək imkanı əldə etdi. Amma bizim yanvar ayında almalı olduğumuz avadanlıqlar gəlmədi. Biz hələ də böyük ölçüdə xarici təchizatdan asılıyıq. Əgər bütün lazımi avadanlıq vaxtında gəlsəydi, tarix başqa cür ola bilərdi”, – Sinq vurğulayıb./Globalinfo.az   

Seçilən
0
8
referans.az

10Mənbələr