ain.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xocalı soyqırımını törədənlərdən biri, qondarma "Artsax"ın müdafiə naziri olmuş, hazırda Ermənistan parlamentində fraksiya rəhbəri olan Seyran Ohanyanın həbsinə hazırlıq gedir.
Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bu gün Ermənistan Prokurorluğu Ohanyana qarşı cinayət təkibinin başlanması və deputatlıq toxunulmazıığının ləğvi ilə bağlı parlamentə vəsatət göndərib.
Ohanyan mediaya verdiyi açıqlamada bunu kobud pozuntu kimi qiymətləndirib. O bildirib ki, iclasda iştirakı olmadan məsələsinə baxılması qanunaziddir.
Ohanyan iclasda olmamasına səbəb kimi xəstəxanada müalicə aldığını göstərib.
Xatırladaq ki, Seyran Ohanyan II Qarabağ müharibəsində də Qarabağda peyd olmuşdu.Müharibənin ilk günlərində onun oğlu ilə birgə yaralandığı barədə məlumatlar da yayılmışdı.
Elcan
Missiya.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.