AZ

Emojilərin yazışmalarda təsiri

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mesajlaşmalarda emoji istifadə edən insanlar qarşı tərəfindən daha səmimi və ünsiyyətcil biri kimi qiymətləndirilir.

Axşam.az xəbər verir ki, bu barədə Texas Universiteti araşdırma aparıb.

Tədqiqat 260 nəfər üzrində aparılıb. Həmin şəxslərə 15 müxtəlif mətn dialoqu göstərilib və onlardan həmin mesajların sevgililəri tərəfindən yazıldığını təsəvvür etmələri istənilib. Hər dialoq üçün təsadüfi qaydada iki versiya - emojili və emojisi təqdim olunub. Daha sonra iştirakçılar qarşı tərəfi səmimiyyət və yaxınlıq baxımından qiymətləndiriblər.

Tədqiqat nəticələrinə görə, emojinin növü fərq etməyib: həm üz ifadəsi olan emojilər, həm də digər simvollar eyni dərəcədə müsbət qarşılanıb. Alimlər qeyd edir ki, nümunə kiçik olsa da, nəticələr emojilərin münasibət məmnuniyyətini artırdığını göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
39
axsam.az

10Mənbələr