İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.
Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Ruzanna Məmmədova (62 kiloqram) finalda almaniyalı Leoni Steyqertlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüşdə 4:3 hesablı qələbə qazanan Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.
Zəhra Kərimzadə (72 kiloqram) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabı ilə məğlub olub.
Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kiloqram) Avropa çempionu olub.