Azərbaycan güləşçisi Ruzanna Məmmədova İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatının qalibi olub.


Rekord.az xəbər verir ki, milli komandanın üzvü 62 kq çəki dərəcəsində qızıl medal qazanıb.


O, finalda almaniyalı Leoni Steyqertə 4:3 hesabı ilə qalib gəlib.


Ruzanna ardıcıl ikinci dəfə gənclər arasında Avropa çempionu olub.


Zəhra Kərimzadə (72 kq) təsəlliverici görüşdə xorvatiyalı Veronika Vilkə 2:8 hesabıyla uduzub.


Beləliklə, qadın millimiz qitə birinciliyini 2 qızıl medalla başa vurub. Ötən gün Günay Qurbanova (59 kq) Avropa çempionu olub.