ABŞ-ın müdafiə naziri Pit Heqsetin Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Respublikaçıları, o cümlədən Konqresdəkiləri qəzəbləndirib.
Musavat.com xəbər verir ki, bunu “The Washington Post” (WP) mənbələrə istinadən yazıb.
Qəzetin mənbələri bildiriblər ki, qərar siyasətçilər arasında bunun danışıqlar taktikası olub-olmaması ilə bağlı suallar yaradıb.
Qəzet konqresmenlərdən birinin adı açıqlanmayan köməkçisindən sitat gətirir: "Heqsetin Ukraynaya təkrar, konkret hücumları göstərir ki, o, ABŞ-ın silah çatışmazlığı ilə bağlı məsələdən siyasi məqsədlər naminə Ukraynaya dəstəyi dayandırmaq üçün əlverişli örtük kimi istifadə edir".
Qeyd edək ki, ABŞ mətbuatı Müdafiə Nazirliyinin Ukraynaya bəzi silahların tədarükünü dayandırmaq qərarının Heqset tərəfindən və Ağ Ev Administrasiyası ilə razılaşdırmadan qəbul edildiyini yazır.
“The Washington Post” yazır ki, Heqsetin Ukraynaya qarşı hərəkətləri “ikitərəfli çaşqınlığa” səbəb olan ilk hadisə deyil. Onun Kiyevə qarşı mənfi münasibətindən doğan hərəkətləri respublikaçılar daxilində getdikcə artan ciddi narazılığa səbəb olmaqdadır.
Musavat.com