AZ

“Qəbələ” futbol klubu qanalı müdafiəçi ilə müqavilə imzalayıb

Bakı. Trend:

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ”heyətinə daha bir futbolçu qatıb.

Trend-inməlumatına görə, qanalı mərkəz müdafiəçisi İsaak Amoah“qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə1+1 illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasınıgeyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo”olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedicikomandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “PoqonSiedlse” klublarında çıxış edib.

Seçilən
14
15
az.trend.az

10Mənbələr