AZ

“Anar dedi ki, “Arşın mal alan”a çəkilsən, film batacaq

Xalq artisti Leyla Şıxlinskaya “Arşın mal alan” filmi ilə bağlı maraqlı açıqlama verib.

News24.az olay-a istinadla yazır ki, bu barədə sənətçi “Ötən günlər”də danışıb.

Aktrisa deyib ki, onun filmdə çəkilməyibi Xalq yazıçısı Anar istəməyib:

“Anar müəllim “Arşın mal alan”da çəkilməyimi istəmirdi. Düz deyirdi, ondan sonra bu boyda rolu harada oynaya bilərəm? Qorxurdu ki, film batacaq. Mən isə nə kameradan, nə başqa şeydən qorxurdum. Ona görə ki, peşəkar aktrisa deyiləm. Hər zaman elə gözəl, bir-birindən güclü aktyorlarla çəkilirdim, Həsən Məmmədov, Rasim Balayev... Belə adamların yanında peşəkar aktrisa olsaydım çəkinərdim. Müslüm Maqomayevlə çəkiləndə bir səhnədə ağlamalı idim, mən isə bacarmadım. Tüstü verdilər, soğan kəsdilər, ağlamıram. İsmayılov dedi ki, aktrisa deyilsiniz, sıfır. Qayıtdı ki, İtaliyada aktrisalar ağlaya bilməyəndə onları döyürlər. Cavab verdim ki, siz min il sonra Luçino Viskontinin kölgəsi olsaydınız, icazə verərəm mənə bir sillə vurarsınız. Pərt oldum, qaçdım. Amma ağlayıram. Arxadan qışqırırlar ki, ağladı, çəkin”. 



Seçilən
25
12
news24.az

10Mənbələr