Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
Apasport.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.
“Araz”ın sabiq kapitanı seçimini etdi - Premyer Liqada qalacaq
"Mingəçevir"də iki ayrılıq - RƏSMİ
19 yaşlı qanalı “Qəbələ”də - RƏSMİ
AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat alıb
“Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB