AZ

Elektrikli avtomobillərin gələcəyini dəyişəcək akkumulyator: 5 dəqiqəlik şarj, 3000 km məsafə

Çinli texnologiya nəhəngi "Huawei" elektrikli nəqliyyat vasitələrinin batareya texnologiyasında inqilab yaradacaq iddialı açıqlaması ilə gündəmdədir. 

Valyuta.az şirkət yeni bərkhal bataryasının cəmi 5 dəqiqədən az vaxtda tam şarj oluna biləcəyini və bir şarjla 3.000 kilometr məsafə qət edə biləcəyini bəyan edib.

"Car News China" xəbər verir ki, "Huawei" 400 ilə 500 Wh/kq arasında enerji sıxlığına malik bərkhal batareya arxitekturasını təsvir edən bir patent üçün müraciət edib. Bu göstəricilər hazırda mövcud olan elektrikli nəqliyyat vasitələrinin batareya texnologiyasından iki-üç dəfə yüksək performans deməkdir.

Patent sənədinə əsasən, "Huawei" batareyalarda litium səthindəki yan reaksiyaların qarşısını almaq üçün kükürdlü elektrolitləri azotla "dope" edən bir metoddan istifadə edir. Lakin bərkhal batareya texnologiyasının təhlükəsiz və genişmiqyaslı istehsal imkanları hələlik tam açıqlanmır və texnologiyanın əksər detalları gizli saxlanılır.

Əgər "Huawei"-nin bu iddiaları gerçəyə çevrilərsə, bu, elektrikli avtomobil bazarında oyun qaydalarını dəyişdirəcək bir hadisə ola bilər. 

Qeyd edək ki, "Huawei" daha əvvəl də müxtəlif elektrikli nəqliyyat vasitəsi istehsalçıları ilə əməkdaşlıqları ilə gündəmə gəlmişdi. Lakin bu yeni batareya texnologiyasının nə vaxt kütləvi istehsala keçəcəyi, hansı avtomobil modellərində tətbiq olunacağı və göstərilən texniki göstəricilərin real şəraitdə necə özünü doğruldacağı hələlik məlum deyil.

Paşa Məmmədli

Seçilən
3
9
valyuta.az

10Mənbələr