Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.
Nəticədə 1980-ci il təvəllüdlü K. Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.