RU

Ağstafada baş verən qəzada 1 nəfər xəsarət alıb

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub.

Nəticədə 1980-ci il təvəllüdlü K. Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
8
50
avtosfer.az

10Источники