İzmirin Buca rayonunda baş verən meşə yanğını zamanı yanğınsöndürənlər həyatlarını riskə ataraq alovlarla mübarizə aparıblar.
Musavat.com xəbər verir ki, hadisə yerində olan yanğınsöndürən əməkdaşlar bir anda alovların arasında qalıblar. Görüntülərdə onların yanğının yayılmasının qarşısını almaq üçün göstərdiyi fədakarlıq və gərgin anlar əks olunub.
Yanğınla mübarizə hələ də davam edir. Rəsmi qurumlar təhlükənin qarşısını almaq üçün bütün qüvvələrin səfərbər olunduğunu bildiriblər.
Musavat.com