Şəmkirdə 3 uşağın suda boğulmasının bəzi təfərrüatı məlum olub.
Far.Az "Report"a istinadla xəbər verir ki, rayonun Qədimqala kəndinin sakinləri olan, 2016-cı il təvəllüdlü Fərdi Teymurxan oğlu Nadirli, 2018-ci il təvəllüdlü Rəvan Teymurxan oğlu Nadirli və əmisi oğlu, 2021-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Nadirli birlikdə süni göldə çimməyə gediblər.
Ehtimallara görə, 4 yaşlı İ.Nadirli suda batıb, bu zaman iki qardaş onu xilas etməyə çalışsalar da, onlar da suda boğulublar.
Qeyd edək ki, onların valideynləri kənddə əkin-biçinlə məşğuldurlar.