Yaponiyada isti hava dalğası qlobal matcha qıtlığına səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin təsərrüfat sənayesi rəsmilərinin hesabatında bildirilib.
"Bu il Yaponiyada rekord temperaturlar matcha çayının istehsalını azaldıb, tədarükləri çətinləşdirib və artan qlobal tələb fonunda qiymətləri rekord həddə çatdırıb", - hesabatda deyilir.
Bildirilir ki, Yaponiyada quru və üyüdülmüş matcha yarpaqlarının təxminən 25 faizinin əldə olunduğu Kyoto bölgəsi istidən zərər görüb. Hava şəraiti aprel və may aylarında məhsuldarlığın aşağı düşməsinə səbəb olub.