Çinin "ByteDance" şirkətindən "TikTok" sosial şəbəkəsinin alınması üzrə razılaşma demək olar ki, hazırdır.
Publika.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.
O, Vaşinqtonun iyulun 7 və ya 8-də Pekinlə bu məsələ ilə bağlı müzakirələrə başlamaq niyyətində olduğunu söyləyib.
"Demək olar ki, razılaşmamız hazırdır. Bazar ertəsi və ya çərşənbə axşamı Çinlə danışıqlara başlayacağıq", - deyə o bildirib.