AZ

Hamı mənə sarı gəlir ...

Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Türk dünyası coğrafiyasında yüksələn ulduz kimi xarakterizə olunur. Xarici siyasət konturlarını incəliyinə qədər dəqiq çəkən, müttəfiq və tərəfdaş seçimini özü müəyyən edən rəsmi Bakının geosiyasi mənzərəsinə işıq salaq.

– Azərbaycan Mərkəzi Asiyada yüksəliş dövrünə daxil olması üçün prioritetləri formalaşdırır. Bu, Türk Dövlətləri Təşkilatının prioritetləri ilə uyğunlaşdırılan formuldur;

– Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazdakı təmsilçiliyi Azərbaycanın vasitəsilə reallaşdırlır. Bu mənada Azərbaycanla Türkistan arasındakı sıx əməkdaşlıq Ermənistanın da regiondakı mövqeyinə gələcəkdə təsir göstərəcək;

– Ermənistan ya özünü Türk Dövlətləri Təşkilatının strateji viziyonuna daxil edilmiş Zəngəzur dəhlizinin açılmasına razı salmalıdır, ya da geniş əməkdaşlıq bucağından kənarda qalmalıdır. Ona görə də yaranan imkanlar Ermənistanın izolyasiyadan çıxması üçün mühüm çağırış kimi şərh oluna bilər;

– Azərbaycanın Mərkəzi Asiyadakı mövqelənməsi Türkiyə ilə strateji müttəfiqlik əlaqələrinin məntiqində baş tutur. Türkiyə yüksələn güc olduğundan onun Mərkəzi Asiyada Rusiya, Çin və Qərbin maraqları ilə üzləşməsi Azərbaycan üçün də çağırışlar yaradır;

– Cənubi Qafqaz və Mərkəzi Asiya – vahid geosiyasi qavrayış ideyalarını Çin, Rusiya və ABŞ-nin məntiqində təkmilləşdirir. Ehtimalla Mərkəzi Asiya uzunmüddətli perspektivdə Çinin artan portfeli kontekstində fərqli əməkdaşlıq modellərinə hazırlanacaq;

– Azərbaycanın Çinlə əməkdaşlıq modeli problem yaratmır. Amma Bakı-Ankara müttəfiqliyinin Mərkəzi Asiyadakı əməkdaşlığı Rusiya və ABŞ arasındakı rəqabət rejiminə təsir edir.

Gümanla Azərbaycanla Rusiya arasındakı gərginliyin notlarındakı dərin regional məzmun elə bununla əlaqədardır...

Seçilən
13
9
vaxt.az

10Mənbələr