Bakı. Trend:
Son illərdə səhiyyə infrastrukturunun yenilənməsi, peşəkar tibbipersonalın cəlb olunması və müasir tibbi avadanlıqların təminedilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında ağır vəmürəkkəb cərrahi əməliyyatlar yerli xəstəxanalarda uğurla həyatakeçirilir. Bu, Bakı şəhərinə müraciətlərin sayında nəzərəçarpacaqazalmaya səbəb olub.
Bu sözləri Trend-ə özəl müsahibəsində Naxçıvan MuxtarRespublikası Səhiyyə naziri Samiq Sadıxov deyib.
Nazirin sözlərinə görə, əlavə olaraq Naxçıvan MuxtarRespublikasında İcbari Tibbi Sığortanın tətbiqi əhalinin tibbixidmətlərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
"Artıq vətəndaşlar sığorta çərçivəsində ilkin tibbi yardımdantutmuş mütəxəssis konsultasiyalarına və zəruri laboratormüayinələrə qədər geniş çeşiddə xidmətlərdən pulsuz və fasiləsizşəkildə yararlana bilirlər. Bu yanaşma, həm əhalinin tibbi xərclərbaxımından yükünü azaldıb, həm də səhiyyə sistemində xidmətinkeyfiyyətini və əlçatanlığını artırıb", - deyə nazir qeyd edib.