AZ

Məhkumlar arasında badminton yarışı keçirildi

BAKI, 5 iyul. TELEQRAF

Məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, onların sosial adaptasiyası və cəmiyyətə reinteqrasiyasının təşkili istiqamətində penitensiar müəssisələrdə çoxsaylı mədəni-kütləvi, maarifləndirici, eləcə də idman tədbirləri, seminar və görüşlər təşkil edilir.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Bu istiqmətdə dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilir.

Növbəti tədbir Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Azərbaycan Badminton Federasiyasının birgə təşilatçılığı ilə 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəsində keçirilib.

5 iyul- Dünya Badminton Günü münasibətilə təşkil olunmuş idman turnirlərində qadın və yeniyetmə məhkumlar yarışıblar. Oyunlarda qalib gələn məhkumlar medallar və hədiyyələr ilə mükafatlandırılıblar.

Seçilən
10
9
teleqraf.com

10Mənbələr