AZ

Futbolçudan qalmaqallı VİDEO nun yayımlanmaması üçün 3 milyon rubl tələb edilib

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiyalı futbolçu Fyodor Smolov Moskvanın mərkəzində yerləşən “Kofemaniya” kafesində iki nəfəri döyüb.

İdman.biz xəbər verir ki, hadisə mayın 28-də səhər saat 07:30-da baş verib, lakin video ictimaiyyətə yalnız indi məlum olub.

Maraqlıdır ki, Smolovla bağlı qalmaqal 2018-ci ildə Rusiya millisinin digər sabiq futbolçuları Aleksandr Kokorin və Pavel Mamayevlə insident yaşanan eyni kafedə baş verib.

Smolovdan videonun yayımlanmaması üçün 3 milyon rubl (təxminən 65 min manata yaxın) məbləğində pul tələb edilib. Bu barədə məlumatı "Sport Baza" portalı öz "Telegram" kanalında bildirib.

Mənbənin məlumatına görə, əvvəlcə 35 yaşlı hücumçuya bir milyon rubl ödəməyi təklif ediblər və o buna razılaşıb. Lakin sonradan tələblər artırılaraq məbləğ 3 milyon rubla yüksəldilib, buna isə Smolov razı olmayıb.

Bildirilir ki, münaqişə həmin iki kişinin yüksək səslə Smolovu müzakirə etməsi ilə başlayıb. Futbolçu ünvanına səslənən təhqirləri eşitdikdən sonra dava baş verib. Hadisə nəticəsində xəsarət alan şəxslər polisə müraciət etsələr də, cinayət işi açılmayıb.

Ortaya çıxan qalmaqallı videoda Fyodor Smolovun kafedə iki nəfərə zərbə endirdiyi görünür. Futbolçu hadisə ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Qeyd edək ki, ötən mövsüm Smolov “Krasnodar”ın heyətində Rusiya çempionu olub. Mayın 27-də klubla müqaviləsi başa çatan 35 yaşlı hücumçu hazırda azad agent statusundadır.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
28
icma.az

10Mənbələr