AZ

32 il ürəyində daşıdığı sevgi – Şəhid Mehmanı gözləyən nişanlısı - VİDEO

32

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcəyini gözləyirdim”.Bunu Kəlbəcərdə 32 il əvvəl şəhid olan hərbçilərin dəfn mərasimində iştirak edən Sevda Əliyeva bildirib, Ulusum.az AZ.TV-yə istinadən xəbər verir.Şəhid Mehman Musayevin nişanlısı Sevda Əliyeva deyib ki, nişanlısı itkin düşəndən sonra ailə qurmayıb:“Mehmanla sonuncu görüşüm Ağdamda oldu. Mənə hədiyyələr almışdı. Toyumuz barədə danışdıq. Torpaqlarımızın üzərindən qara buludlar çəkildikdən sonra təntənəli toy edəcəyimizi planlaşdırdı. Bilməzdim ki, bu, onunla son görüşüm olacaq. Həmişə Mehmanın adını uca tutdum. Qürurluyam, Mehmanla fəxr edirəm. Onun adına layiq yaşadım. Dövlətimizə, dövlət başçısına minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.Ulusum.az

Diqqət Çəkənlər

Trampdan Şok Açıqlama: ABŞ-ın Ukraynaya silah yardımı ehtiyatları tükəndirir

DİN: Yaşayış yerində gizlədilən 17 kiloqram marixuana ifşa olundu

Tarixin ən böyük yalanı ifşa olundu – piramidaları qullar yox, peşəkarlar inşa edibmiş!

Seçilən
18
8
ulusum.az

10Mənbələr