AZ

“Bu davranışlar rəhbərliyin klubdakı ömrünün müddətini azaldacaq” “Xəmsə”dən xəbərdarlıq

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kəpəz”in əsas azarkeş qrupu “Xəmsə”nin rəhbəri Müşfiq Məmmədov şəxsi “facebook” hesabında ironiyalı paylaşım edib:

“Camaatın günlərdi Viktor Osimhendən xəbər gözlədiyi vaxtda nigeriyalı 5 mühafizəçisiylə birgə “Kəpəz”in məşqində peyda olub. Bu səbəbdən azarkeş izdihamımım qarşısını almaq üçün məşqlərin qapalı keçirilməsinə qərar verilib”.

Paylaşımdan anlaşıldığı kimi, Gəncə təmsilçisinin yeni mövsümə “bağlı qapılar arxasında” hazırlaşmasını tərəfdarlar xoş qarşılamayıb. Bu barədə daha ətraflı məlumat almaq üçün Müşaiq bəylə əlaqə saxladıq:

“Baş məşqçi Adil Şükürov fanklub üzvləriylə söhbətdə yeri və saatı açıqlayıb məşqi izləmək üçün dəvət etmişdi. Onlar da bir araya gəlib məşqə yollanıblar. Ancaq mühafizəçilər məşqin qapalı şəraitdə keçirildiyini bildirib. Azarkeşlər məşqi inşası davam edən Gəncə şəhər stadionunun hasarının üstündən izləyiblər. Belədə məşqdən sonra söz-söhbət olub. Ancaq hər şey bununla yekunlaşmır. Adil Şükürov o vaxt istefa verəndə özümüz sağollaşdıq. Münasibətlər yaxşı idi. Elə indi də aramızda problem yoxdu. Məşqə getmək məqsədimizin əsas səbəbi elə baş məşqçimizə “xoş gəldin” demək idi. Bilirik ki, məşqin qapalı keçirilməsi onun yox, yeni rəhbərliyin qərarıdı. Bu barədə fikrimizi idman direktoru Erkin İbrahimova bildirmişik. Demişik ki, nəticələrin məsuliyyəti təkcə Adil Şükürovun yox, həm də sizin, ümumiyyətlə, rəhbərliyin çiyinləri üzərindədi. Komandanı dağıdıblar. Yeni transfer yoxdu. Heç olmasa, Rati Ardazişvilini, Rojerio Santosu, Dioqo Verdaşkanı saxlamaq olardı. Bu futbolçular keyfiyyətliydi. “Kəpəz”lə bağlı müsbət nəsə yoxdu. Halbuki yeni rəhbərlik bizə başqa şeylər vəd etmişdi. Uşaq futbolu-filan... Ancaq hansısa addım atılmır. Bu davranışlar rəhbərliyin klubdakı ömrünün müddətini azaldacaq. Reaksiyalarımız tezləşəcək, kəskinləşəcək... Təki yanılaq. Rəhbərlik qarşımıza çıxıb desin ki, siz başqa cür düşünürdüz, amma bu uğurları qazandıq. Onda məmnuniyyətlə səhvimizi boynumuza alarıq”.

KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
10
icma.az

8Mənbələr