AZ

Tramp vergilərin və xərclərin azaldılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb

Tramp Ağ Evdə keçirilən 4 İyul Müstəqillik Günü şənliyində Konqresin qəbul etdiyi vergi və xərclər haqqında qanun layihəsi ilə bağlı açıqlamalar verib.

Banco.az xəbər verir ki, sözügedən tənzimləmənin ölkə tarixində ən böyük qanun layihəsi olduğunu vurğulayan Tramp qeyd edib ki, qanun layihəsini imzaladığım zaman, indiyədək ən böyük qələbəmizi rəsmiləşdirmiş olacağıq.

Heç bir demokratın qanun layihəsinə "bəli" səs vermədiyini qeyd edən Tramp deyib ki, biz bunu bilirdik, çünki onların ya ölkəyə, ya mənə, ya da hər ikisinə nifrətləri çox böyükdür:

"Onlar ümumiyyətlə səs vermədilər və bu, dəhşətli bir şeydir. Əgər demokratlardan mənfi bir şey çıxdığını görürsünüzsə, bu, tamamilə saxtakarlıqdır. Bu qanun layihəsi böyük iqtisadi artıma təkan verəcək".

Tramp qanun layihəsini Amerika tarixində ən böyük vergi endirimi, ən böyük xərclərin azaldılması və sərhəd təhlükəsizliyinə ən böyük sərmayə kimi təsvir etdi.

"Bu qanun layihəsi böyük iqtisadi artıma təkan verəcək və bu ölkəni idarə edən zəhmətkeş vətəndaşları ayağa qaldıracaq: fabrik işçiləri, fermerlər, mexaniklər, ofisiantlar, polis məmurları, yanğınsöndürənlər, kömür mədənçiləri", - Tramp qanun layihəsini masasına çatdırmaq üçün çalışan Nümayəndələr Palatasının demokratlarına və senatorlara təşəkkürünü bildirib.

Seçilən
10
24
banco.az

10Mənbələr