AZ

"Qalatasaray" danimarkalı müdafiəçi ilə yollarını ayırdı - RƏSMİ

Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi Matias Rossla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Danimarkalı mərkəz müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Qalatasaray" Matias Rossu 2022-ci ilin yayında "Olborq"dan transfer edib. 24 yaşlı futbolçu ötən mövsüm icarə əsasında Çexiyanın "Sparta" klubunun formasını geyinib.

saytlarin hazirlanmasi

Seçilən
4
29
sportal.az

10Mənbələr