Bakı. Trend:
Prezident İlham Əliyevin iyulun 4-də Xankəndidə keçirilənİqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəkiçıxışı strateji, siyasi və iqtisadi mesajlarla zəngindir və həmdaxili, həm də beynəlxalq auditoriya üçün çoxşaxəli əhəmiyyətdaşıyır.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatıSevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, Prezident İlham Əliyevin Xankəndidəkeçirilən Zirvə görüşündəki çıxışı, sadəcə bir beynəlxalq tədbirdəiştirak deyil, həm də böyük bir tarixi dönüş nöqtəsinin nümayişikimi qiymətləndirilə bilər.
“Uzun illər işğal altında qalmış və separatizmin mərkəzi sayılanbir şəhərdə bu cür yüksək səviyyəli tədbirin keçirilməsiAzərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasınıbeynəlxalq aləmə rəsmən bəyan etməsidir.
Zirvə görüşünün Xankəndidə təşkili təsadüfi deyil. Bu addımAzərbaycanın bölgədə yeni reallıqlar yaratdığını və bu reallıqlarıbeynəlxalq platformalara daşıdığını göstərir. Burada məqsəd sadəcəinfrastrukturu nümayiş etdirmək deyil, geosiyasi mesaj verməkdir:Bura Azərbaycandır və bundan sonra da belə olacaq”, - deyə deputatbildirib.
S.Mikayılova əlavə edib ki, Ermənistanın işğal dövründətörətdiyi dağıntılar, məscidlərin təhqir edilməsi,qəbiristanlıqların məhv edilməsi təkcə maddi deyil, mədəni və dinisoyqırımı nümunəsidir.
“Prezident İlham Əliyev bu faktları gündəmə gətirərək,beynəlxalq ictimaiyyəti ədalətli yanaşma və obyektiv mövqesərgiləməyə çağırır. Çıxışın iqtisadi hissəsində Prezident İlhamƏliyev Azərbaycanın enerji və nəqliyyat sahələrində regionalliderlik rolunu önə çəkdi. 12 ölkəyə qaz ixracı və Şərq-Qərb,Şimal-Cənub dəhlizlərində mühüm tranzit ölkə olması Azərbaycanınstrateji əhəmiyyətini nümayiş etdirir. Eyni zamanda, COP29-unAzərbaycanda keçirilməsi və bu tədbirdə əldə edilən uğurlar ölkəninqlobal iqlim liderliyi üçün yeni imkanlar açır".
Deputat qeyd edib ki, Prezident İlham Əliyev Qərbi Azərbaycandandeportasiya olunmuş azərbaycanlıların qayıdış hüququ məsələsini birdaha qaldırdı.
"Bu, Azərbaycanın humanitar və hüquqi müstəvidə mübarizəsinindavam etdiyini göstərir. İƏT-in qəbul etdiyi qətnamə və İstanbulBəyannaməsi bu mübarizənin beynəlxalq hüquq müstəvisində təhlükəsizvə sülh yolu ilə həllinin mümkün olduğunu göstərir".
S.Mikayılova vurğulayıb ki, ECO-nun 17-ci Zirvə görüşündəAzərbaycanın rolu və təşəbbüsləri təşkilatda islahatlar və dahapraktik əməkdaşlıq mexanizmlərinin formalaşması baxımından da mühümrol oynayır.
“ECO Həftəsi” çərçivəsində müxtəlif şəhərlərdə keçirilənforumlar – biznes, gənclər və qadınlar üzrə – təşkilatınfəaliyyətinin yalnız iqtisadi sahə ilə məhdudlaşmadığını, bütüncəmiyyətin inkişafına yönəldiyini sübut edir.
Beləliklə, Azərbaycan təkcə ərazi bütövlüyünü bərpa etməyib, həmdə bölgənin inkişafında, inteqrasiyasında və təhlükəsizliyindəhəlledici aktora çevrilib. Xankəndidə keçirilən bu Zirvə görüşüAzərbaycanın tarixi ədaləti bərpa etməklə yanaşı, gələcəyə inamlabaxdığını və beynəlxalq əməkdaşlığa açıq olduğunu sübut edir", -deyə S.Mikayılova fikirini tamamlayıb.