Rusiya hökuməti ölkədəki demoqrafik vəziyyətlə bağlı məlumatları rəsmi şəkildə tamamilə gizlədib.
Rosstat sonuncu rüblük hesabatında doğum, ölüm, nikah və boşanma göstəricilərini nəinki paylaşmayıb, ümumiyyətlə “Demoqrafiya” bölməsini sənəddən çıxarıb.
Musavat.com xəbər verir ki, bu fakt sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Xatırladaq ki, mart ayı üçün yayımlanan hesabatda da regionlar üzrə doğulanlar, ölənlər və ailə qurma-statistikası kimi məlumatlar çıxarılmışdı.
İndi isə Rosstat iyun ayında yayımladığı “Rusiya Federasiyasının Sosial-iqtisadi vəziyyətinə dair icmal” sənədində ümumiyyətlə demoqrafik göstəricilərə yer verməyib.
Ekspertlər hesab edir ki, bu addım ölkədə əhalinin sayında baş verən ciddi azalma və sosial narahatlıqların rəsmi şəkildə təsdiqlənməsinin qarşısını almaq məqsədi daşıyır.
Musavat.com