AZ

Naməlum şəxs 14 ildir istifadə edilməyən 2 milyard dollarlıq "Bitcoin"i mənimsədi

İyulun 4-də 14 ildən artıq istifadə olunmayan iki kriptovalyuta pul kisəsi ilə əməliyyatlar qeydə alınıb. Bu pul kisələrində 2011-ci ildən bəri 20 min "Bitcoin" saxlanılırdı. Həmin əməliyyatların kimin keçirdiyi məlum deyil.

FED.az xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

O dövrdə həmin "Bitcoin"lərin ümumi dəyəri təxminən 16 min dollar olub. Mövcud məzənnə ilə isə onların dəyəri 2 milyard dolları ötür. Belə pul kisələri "yatmış pul kisələri" adlanır, çünki sahibləri uzun illər onlarla heç bir şey etməyiblər.

Qeyd edək ki, 3 aprel 2011-ci ildə "Bitcoin"in məzənnəsi "CoinMarketCap"a görə təxminən 0.8 dollar idisə, bu gün o, 109 min ABŞ dolları civarında dəyişir. (Oxu.az)

Seçilən
11
22
fed.az

10Mənbələr